İdman

Əliyar Ağayev cəzalandırıldı

6 Aprel 2026 22:28
Baxış: 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında qəbul etdiyi mübahisəli qərarlarla gündəmə gələn hakim Əliyar Ağayev və VAR hakimi Cavid Cəlilov cəzalandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Məlumata görə, hər iki hakimin adı bu gün keçirilən "Qarabağ" - "Karvan-Yevlax" və sabahkı "İmişli" - "Turan Tovuz" matçlarından çıxarılıb.

Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov tovuzluların narazı qaldığı və baş hakim Əliyar Ağayevin penalti təyin etmədiyi epizodlarda referinin qərarlarını yanlış adlandırmış, onun səhv qərar verdiyini təsdiqləmişdi.

Xatırladaq ki, "Turan Tovuz"un prezidenti Ehtiram Quliyev məsələyə dair sərt açıqlama verərək futbolçuların haqqını hakim Əliyar Ağayevə halal etmədiyini bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.