İdman

Azərbaycan gimnastlarından böyük uğur - FOTO

16 Mart 2026 14:07
Baxış: 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

14-15 mart tarixlərində Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə "Dutch Trampoline Open" beynəlxalq turnirində gimnastlarımız uğurlu nəticələr əldə ediblər.

Milli.Az xəbər verir ki, yarışda fərdi proqramda gimnastlarımız medal sıralamasında yer alaraq ölkəmizi layiqincə təmsil ediblər. Belə ki, Selcan Mahsudova 56.580 xalla qızıl medal qazanaraq turnirin qalibi olub. Maqsud Mahsudov 60.030 xalla fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Hüseyn Abbasov isə 57.410 xalla bürünc medala layiq görülüb.

Sinxron proqramda da Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdiriblər. Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü 51.530 xalla gümüş medal qazanıb. Digər kişi cütlüyü - Ömər Qasımlı və Muhamməd Həsənli isə 43.680 xalla qızıl medal əldə edib.

Qeyd edək ki, Selcan Mahsudova yarış zamanı ən çətin proqramı təqdim edən qadın idmançı kimi xüsusi kuboka da layiq görülüb.

Gimnastlarımızı bu uğurlu nəticələr münasibətilə təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.