Devid Bekhemin 26 illik rekordunu YENİLƏDİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərə Premyer Liqasının 30-cu turunda "Mançester Yunayted" doğma meydanda Aston Villa üzərində inamlı qələbə qazanıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb. "Qırmızı şeytanlar"ın heyətində qolları Kasemiro (53-cü dəqiqə), Mateyus Cunha (71-ci dəqiqə) və Benjamin Şeşko (81-ci dəqiqə) vurublar. Qonaq komandanın yeganə qoluna isə 64-cü dəqiqədə Ross Barkley imza atıb.
Oyunda xüsusi performans göstərən Bruno Fernandeş iki məhsuldar ötürmə ilə komandasının qələbəsində mühüm rol oynayıb. Portuqaliyalı yarımmüdafiəçi bununla cari mövsümdə Premyer Liqada məhsuldar ötürmələrinin sayını 16-ya çatdıraraq klub tarixində yeni rekord müəyyənləşdirib. Əvvəlki rekord isə 1999/2000 mövsümündə Devid Bekhemə məxsus idi.
Qeyd edək ki, Premyer Liqa tarixində bir mövsümdə ən çox məhsuldar ötürmə rekordu 20 assistlə Tieri Anri (2002/03) və Kevin De Bruyneyə (2019/20) məxsusdur.
Bu qələbədən sonra "Mançester Yunayted" xallarının sayını 54-ə yüksəldərək turnir cədvəlində üçüncü pillədə mövqeyini daha da möhkəmləndirib. Aston Villa isə 51 xalla dördüncü yerdə qərarlaşıb.
Hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə 70 xalla Arsenal başçılıq edir. Mövsümün başa çatmasına isə hələ 8 tur qalır.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik





