İdman

“Flik mənə bir ata kimi yaxın oldu”

16 Mart 2026 13:45
Baxış: 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Barselona" futbol komandasının gənc ulduzu Pablo Qavi La Liqanın 28-ci turunda "Sevilya" üzərində qazanılan 5:2 hesablı qələbədən sonra maraqlı açıqlamalar verib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, uzun müddət davam edən zədədən sonra yenidən formasına qovuşan futbolçu baş məşqçi Hans-Diter Flikin ona olan dəstəyini xüsusi vurğulayıb.

Qavi bərpa prosesinin olduqca ağrılı keçdiyini bildirib:

"Düzünü desəm, çox çətin idi, həqiqətən asan deyildi. Bərpa prosesi ağrılı keçirdi və gün keçdikcə daha da ağırlaşırdı. "Kamp Nou"da yaşadıqlarım unikal hisslərdir. Çox xoşbəxtəm. Flik hər zaman mənə bir ata kimi yaxın oldu, məni daim dəstəklədi. Ona minnətdaram, çünki mənə həmişə inandı və mən bunu hiss edirdim. Çox xoşbəxtəm və ümid edirəm ki, o, hələ uzun müddət bizimlə qalacaq. Bu klub üçün hər zaman hər şeyimi vermişəm və ömrümün sonuna qədər də belə olacaq".

Qeyd edək ki, avqust ayının sonunda daxili meniskindən zədələnən və sentyabrda artroskopik əməliyyat keçirən 21 yaşlı yarımmüdafiəçi uzun fasilədən sonra ilk dəfə yaşıl meydanlara addım atıb. O, "Sevilya" ilə matçın 82-ci dəqiqəsində het-trik müəllifi olan Rafinyanı əvəzləyərək oyuna daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.