Dünya

İsrail ordusu Xameneinin təyyarəsini vurdu - FOTO

16 Mart 2026 12:57
Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tehranda İranın mərhum Ali Rəhbərinə məxsus təyyarə Israil ordusu tərəfindən məhv edilib.

Milli.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sosial şəbəkə hesabında dərc olunan açıqlamada bildirilir.

"İsrail Müdafiə Qüvvələri Tehranın Mehrabad hava limanında İranın terror rejiminin ali rəhbərinin istifadə etdiyi təyyarəyə dəqiq zərbə endirib və onu məhv edib", - deyə IDF-dən bildirilib.

Məlumata görə, həmin təyyarə İranın həlak olmuş Ali Rəhbəri Əli Xamenei, digər yüksək vəzifəli şəxslər və İran hərbçiləri tərəfindən "hərbi satınalmaların təşviqinin təmin edilməsi" məqsədilə istifadə olunurdu.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.