İdman

"Barselona"nın keçmiş ulduzu İrandan QAÇDI

2 Mart 2026 09:07
Baxış: 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın "Esteqlal" klubunda forma geyinən mərakeşli hücumçu Munir El Haddadi ölkədə baş verən son hadisələr fonunda İranı tərk edib.

Milli.Az xəbər verir ki, bu barədə futbolçu şəxsi sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, ABŞ və İsrailin hücumlarından sonra təhlükəsizlik məsələləri prioritetə çevrilib və bu səbəbdən ölkədən ayrılmaq qərarı verib.

Haddadinin sözlərinə görə, ilkin plan hava yolu ilə İranı tərk etmək olub. Lakin təxliyə prosesi ilə bağlı yaranmış çətinliklər səbəbindən uçuş reallaşmayıb. Bundan sonra klubun təşkil etdiyi avtomobillə quru sərhədinə yollanan futbolçu Türkiyəyə keçə bilib. O, hazırda təhlükəsiz məkanda olduğunu vurğulayıb.

Təcrübəli hücumçu yaxın günlərdə İspaniyaya yollanacağını da qeyd edib.

Qeyd edək ki, Munir El Haddadi futbol karyerasına Barselona akademiyasında başlayıb. O, daha sonra Valensiya, Deportivo La Coruna və digər La Liqa təmsilçilərində çıxış edib. 2025-ci ilin sentyabr ayında isə İranın "Esteqlal" klubu ilə müqavilə imzalayıb.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.