Çay soyuq su ilə dəmlənməlidir.
Milli.Az-ın məlumatına görə, çayın hazırlanma üsulu onun tərkibində olan faydalı maddələrə, xüsusilə polifenollara təsir göstərə bilər.
Bu maddələr güclü antioksidant xüsusiyyətləri ilə tanınır və orqanizm üçün faydalı hesab olunur.
Bəzi insanlar çayın soyuq su ilə dəmlənməsinin daha faydalı olduğunu və bu üsulla hazırlanan çayın daha dadlı alındığını qeyd edir.
Ənənəvi dəmləmə üsulunda isə çay yarpaqları birbaşa qaynar su ilə dəmlənir.
Mina Mikayılova
Milli.Az





