"Sevgimi xəyanətlə məhv etdim" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milan və Kortina d'Ampezzo Qış Olimpiya Oyunlarında 20 kilometrlik fərdi yarışda bürünc medal qazanan norveçli biatlonçu Sturla Holm Leqreyd şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.
Milli.Az-ın məlumatına görə, NRK telekanalına danışan idmançı sevgilisinə xəyanət etdiyini etiraf edib. Leqreyd çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.
O bildirib ki, qazandığı uğuru bölüşmək istədiyi xüsusi bir insan var, lakin həmin şəxs yəqin ki, yarışı izləməyib:
"Altı ay əvvəl həyatımın sevgisini tapdım. O, indiyə qədər tanıdığım ən gözəl və ən mehriban insan idi. Amma üç ay əvvəl ona xəyanət edərək həyatımın ən böyük səhvini etdim", - deyə idmançı bildirib.
Leqreyd qeyd edib ki, bu həqiqəti bir həftə əvvəl sevgilisinə açıqlayıb və həmin günləri həyatının ən ağır dövrü adlandırıb:
"Bu, həyatımın ən pis həftəsi oldu. Son günlər idman belə mənim üçün ikinci plana keçib. Həmişə yaxşı nümunə olmağa çalışmışam, amma böyük bir səhv etdim və indi bunun məsuliyyətini daşımalıyam".
28 yaşlı biatlonçu yarışdan bir gün əvvəl məsələ ilə bağlı açıq danışmaq qərarı verdiyini də vurğulayıb:
"Mənə əsl sevgini yaşamaq şansı verilmişdi və onu öz əllərimlə məhv etdim. Bəlkə də bağışlanmağa layiq deyiləm. Amma mənə onu nə qədər sevdiyimi demək üçün ən kiçik imkan belə versə, canlı yayımda sosial intihar etməyə hazıram", - deyə Leqreyd əlavə edib.
Qeyd edək ki, Sturla Holm Leqreyd fevralın 10-da Olimpiadada fərdi yarış üzrə ilk medalını qazanıb. O, həmçinin yeddiqat dünya çempionu və hazırkı Dünya Kubokunun qalibidir.
Hüseyn
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub
-
“Qalatasaray” – “Fənərbağça” derbisini idarə edəcək hakim bəlli oldu
-
Sergen Yalçın: "Mən xalqın baş məşqçisiyəm"
-
"Bəlkə də Bakıda “Barselona”ya qalib gəldik"
-
Arda Gülər Mbappedən üzr istədi - (Foto)
XƏBƏR LENTİ
-
Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə qiymətlər qalxacaq
-
Qazini qətlə yetirən şəxs saxlanıldı - Yenilənib (Foto)
-
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
Bakıda binada uçqun - Mənzillərin tavanı çöküb
-
Bu il metroda 700-ə yaxın sərnişin eskalatordan yıxılıb - Rəsmi
-
Cavid Ağaməliyev həbs edildi
-
Sədr vəzifəsindən çıxarılan Zakir Quliyev sabiq deputatın qardaşıdır
-
Çində güclü zəlzələ oldu
-
Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi - (Video)
-
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub
-
Avtobusu sürməkdən imtina edən tiktoker sürücü işdən çıxarıldı
-
XİN-də Milli Müdafiə Universitetinin akademik kursunun iştirakçıları ilə görüş keçirilib - (Foto)
-
DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb
-
Hər bölümdən milyonlar qazanırlar - Qiymət
-
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nazim Qasımzadəyə vəzifə verildi
-
Anası ali təhsilli olan şagirdlərin nəticələri... - Emin Əmrullayev
-
İcra başçısının yaxın qohumu işdən çıxarıldı - (Foto)
-
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
-
Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan kampaniya
-
25 il əvvəl törədilmiş qətlin üstü açıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda yanğın səbəbləri ilə bağlı xoşagəlməz statistika
-
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?





