İngiltərə nəhəngi "Bavariya"nın ulduzunu almaq istəyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Londonun "Tottenhem Hotspur" klubu yanvar ayında Münhen "Bavariya"sının mərkəz yarımmüdafiəçisi Leon Qoretskanı heyətinə qatmaq üçün cəhd etməyi planlaşdırır.
Milli.Az istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun agenti artıq İngiltərə klubu ilə danışıqlara başlayıb. Qeyd olunur ki, "Bavariya" rəhbərliyi müqaviləsi iyunun 30-da başa çatacaq oyunçu ilə sözləşmənin müddətini uzadıb-uzatmamaq barədə hələ qəti qərar verməyib.
Məlumata görə, Qoretskanın mümkün transferi "Tottenhem"in baş məşqçisi Tomas Frankın təşəbbüsüdür. O, yarımmüdafiəçini heyətin təcili gücləndirilməsi üçün namizəd kimi nəzərdən keçirir. Futbolçu ilə həmçinin "Mançester Yunayted" və Madridin "Atletiko" klubları da maraqlanır.
Leon Qoretska 2018-ci ildən "Bavariya"da çıxış edir. O, Münhen klubunun heyətində altı dəfə Almaniya çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb, 2019/2020 mövsümündə Çempionlar Liqasının və 2020-ci ildə klublararası dünya çempionatının qalibi olub. Almaniya millisinin tərkibində isə 2017-ci il Konfederasiyalar Kubokunu qazanıb. Bundesliqanın cari mövsümündə yarımmüdafiəçi 14 oyun keçirib və məhsuldar fəaliyyəti ilə seçilməyib. /"Report"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
-
Azərbaycan güləşçiləri Ermənistana gedəcək
XƏBƏR LENTİ
-
"Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
-
Hər gün toyuq əti yemək bədəndə nəyi dəyişdirir? 6 əsas təsir
-
Tural Əlizadəyə vəzifə verildi
-
"Ürəyim istəyəni oxumadım, toylara qaçdım" - Nüşabə Ələsgərli
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
"Nənəmin təndiri"ndə yanğın oldu
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib
-
Farah Zeynep Abdullahın burnu sındı - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Mbappedən Arda ilə bağlı paylaşım





