Keçmiş Premyer Liqa hücumçusu İvan Toni həbs olunub.
Milli.Az xəbər verir ki, "The Sun" qəzetinin məlumatına görə, hadisə azarkeşin 29 yaşlı futbolçu ilə selfi çəkmək istəməsi zamanı baş verib. Toni selfi çəkdirmək istəyən şəxsə kəllə vurub.
Nəticədə fanat forvarddan şikayət edib. Daha sonra polislər İ.Tonini saxlayıblar və o, bardan əlləri qandallı çıxarılıb.
Qeyd edək ki, hazırda Toni Səudiyyə Ərəbistanının Əl-Əhli klubunda oynayır və 2024-cü ildə "Brentford"dan 40 milyon funt sterlinq qarşılığında kluba keçib. Burada 62 oyunda 42 qol vuraraq uğurlu dövr keçirib.
Fidan
Milli.Az





