İdman

“Fənərbağça”nın keçmiş ulduzu saxlanıldı

2 Dekabr 2025 13:38
Baxış: 92
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə millisində "Fənərbağça", "Beşiktaş" kimi klublarda çıxış etmiş sabiq futbolçu Gökhan Gönül saxlanılıb.

Milli.Az xəbər verir ki, milli komandanın keçmiş futbolçusu Gökhan Gönül də daxil olmaqla on iki nəfər Borsa İstanbul fond birjasında Avrupa Holding Yatırım AŞ səhmlərini manipulyasiya etmək ittihamı ilə saxlanılıb.

Saxlanılanlar arasında Aref Gafouri, Bedri Erdoğan, Cemal Çetinkaya, Furkan Koçak, Alper Atalay, İlker İlhan, Muhammet Erdoğan, Murat Ağcabağ, Murat Güler, Gökhan Gönül, Emrullah Şalk və Akif Koç da var.

Qeyd edək ki, Gökhan Gönül 2008-16 və 2020-21-ci illər arasında "Fənərbağça"da, 2016-20-ci illər arasında isə "Beşiktaş"da çıxış edib. O, Türkiyə millisinin formasında 66 dəfə meydana çıxıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.