İdman

İlham Zəkiyev Avropa çempionu oldu

20 Sentyabr 2025 17:50
Baxış: 299
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstanın paytaxtı Tbilisidə paracüdo üzrə Avropa çempionatı davam edir.

Milli.Az xəbər verir ki, Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1, +95 kq) turnirdə finala adlamağı bacarıb.

O, əvvəlcə 1/4 finalda moldovalı Oleq Kretula qarşılaşıb və qələbə qazanıb. 

İ.Zəkiyev 1/2 finalda türkiyəli Gökhan Biceri ipponla üstələyib. Beləliklə, Azərbaycan paracüdoçusu finala vəsiə qazanıb.

Finalda həmyerlimiz moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.

Qeyd edək ki, İ.Zəkiyev Yay Paralimpiya Oyunlarının ikiqat qat qalibi, üçqat bürünc mükafatçısı, ikiqat dünya çempionu, mundialların gümüş və ikiqat bürünc mükafatçısı, on üçqat Avropa çempionudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.