Maraqlı

Bu meyvə sayəsində ev, maşın alanlar var

20 Sentyabr 2025 18:17
Baxış: 436
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əsrlər boyu dağlıq və meşəlik ərazilərində təbii şəraitdə yetişən zoğal indi bağlarda becərilir.

Milli.Az xəbər verir ki, səbəb onların dözümlülüyü, uzunmüddətli məhsuldarlığı və yüksək bazar dəyəridir.

Məsələn Türkiyədə zoğalın bir kilosu mövsümündə 500 TL-yə (20 Azn) satılır. Bu meyvəni əkib satanlar bir neçə ilə ev, maşın alırlar.

Azərbaycanda isə qiyməti Türkiyə qədər olmasa da yenə də digər meyvələrlə müqayisədə bahadır - kilosu 7-8 manat.

Üstəlik bu meyvə qış tədarükü üçün hazırlanan mürəbbələrin əsas xammalı olduğundan tələbat da böyükdür. Zoğaldan təkcə mürəbbə hazırlanmır, kompotu da ən çox tələb olunan içkilər siyahısındadır. Zoğaldan çəkilmiş araq və çaxır isə növünün ən bahalı spirtli içkilərindən sayılır. (Bizim.Media)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.