Azərbaycanda referendum olacaq? - Deputatdan REAKSİYA
Azərbaycan sülh sazişi üçün Ermənistanın qarşısına bir sıra şərtlər qoymuşdu. O şərtlərdən demək olar ki, hamısı yerinə yetirilib. Yalnız Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi qalır.
Bəzi ekspertlər və siyasi şərhçilərin fikrincə, Azərbaycan Konstitusiyası ilə bağlı da yaxın vaxtlarda referendum keçirilməlidir. Bu fikri əsasən anklavlara əhalinin qayıdışı və onların təhlükəsizliklərinin təmin edilməsində yarana biləcək ciddi problemlərlə əsaslandırırlar. Anklavlar məsələsinin gec-tez "ərazi mübadiləsi" variantını hər iki ölkənin siyasi gündəliyinə daşıyacağı qeyd edilir.
Qüvvədə olan Azərbaycan Konstitusiyasının 3-cü maddəsinin II hissəsi və və 11-ci maddəsinin III hissəsi isə Azərbaycan hakimiyyətinə "ərazi mübadiləsi"ni - sərhədlərin dəyişdirilməsini qadağan edir. Bu məsələ yalnız referendumla həll oluna bilər.
Milli.Az xəbər verir ki, modern.az-a açıqlamasında Milli Məclisin hüquqşünas deputatı Razi Nurullayev bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması fonunda Konstitusiyamıza hər hansı bir dəyişikliyə lüzum görmür:
"Çünki hazırda Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Ermənistan Azərbaycana qarşı ərazi iddiası qaldırıb və torpaqlarımızı işğal edib. O baxımdan tarixi həqiqətlərdən, faktlardan irəli gələrək, Azərbaycan Ermənistandan Konstitusiyasını dəyişməyi tələb edir. Buna görə də Azərbaycan Konstitusiyasının dəyişdirilməsinə heç bir ehtiyac görmürəm".
R.Nurullayev vurğulayıb ki, ancaq Azərbaycanın haqlı tələbləri əsasında Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra yekun sülh müqaviləsi imzalana bilər:
"Düşünmürəm ki, Ermənistan Azərbaycandan Konstitusiya dəyişikliyini tələb edə bilər. Ermənistanın belə tələbi olarsa belə, Azərbaycan buna boyun əyməz. Əksinə, bu gün Azərbaycan Ermənistan qarşısında tələblər qoyur. Və onlar da tələblərimizi yerinə yetirirlər. Qeyri-rəsmi formada ermənilər tərəfindən bununla bağlı tələblər irəli sürülüb. Amma rəsmi formada belə bir fikir səsləndirilməyib, səsləndirilə də bilməz. Düşünürəm ki, ancaq Azərbaycanın haqlı tələbləri əsasında Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra yekun sülh müqaviləsi imzalana bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
-
Xameneinin ən son görüntüləri yayıldı - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - ( Foto)
-
Azərbaycan-Özbəkistan münasibətləri daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
-
Gələn həftə deputatların tətili başa çatır
XƏBƏR LENTİ
-
Erlinq Haaland tanınmaz halda - (Foto)
-
Rus ordusu Annovkanı işğal etdi
-
Nə "Qalatasaray", nə də "Fənərbağça" - Rafael Leau bu kluba keçir
-
Sumqayıt Musiqi Kollecinin yeni direktoru kollektivə təqdim olunub
-
Bu xəstəxanaya yeni direktor təyin edidi
-
“Komedixana”nın aktyoru "zapravka"da işləyir? - (Video)
-
Kənan Yıldız ağır zədə aldı
-
Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
-
Cəmi 2 manata ev sahibi olun
-
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Mərhum Xalq artistinin abidəsi adi olmayacaq
-
Avqustun 26-da hava dəyişir: Şimşək çaxacaq, leysan yağacaq
-
Robert Köçəryan və oğlunun saxlanılma görüntüləri - (Video)
-
Xocavənd rayonuna daha 43 ailə yola salındı
-
Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın: Xəsarət alan var
-
200-dən çox vakansiya: Sloveniyada işləmək istəyənlərin nəzərinə
-
700 bal toplayan Samir bu universitetdə təhsil alacaq
-
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir
-
Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
-
İnvestorlara daha bir imkan: Azərbaycanda yeni mexanizm işə düşür
-
Göyçayda narkotik əməliyyatı: 51 bitki və 2 silah götürüldü
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Video)
-
Hərbi toplanış kimlər üçün məcburi deyil?
-
Cabir İmanovun məzarüstü abidəsi hazırlandı - (Foto)





