İdman

Anyma Bakı Kristal Zalında unudulmaz gecə yaşatdı - FOTOlar

20 Sentyabr 2025 13:12
Baxış: 179
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində dünən Bakı Kristal Zalında elektron musiqinin ən parlaq adlarından biri - Anyma möhtəşəm konsert proqramı ilə səhnəyə çıxdı.

İtalyan-Amerikalı DJ və musiqi prodüseri olan Anyma özünün məşhur "Genesys" albomundan seçilmiş treklərlə tamaşaçılara valehedici anlar bəxş etdi. Onun elektron ritmləri, güclü vizual effektləri və xüsusi səhnə şousu paytaxt sakinləri və qonaqlar tərəfindən böyük coşqu ilə qarşılandı.

Anyma artıq "Tomorrowland" və "Coachella" kimi festivallarda milyonlarla insan qarşısında çıxış edib. Bakı Kristal Zalındakı performansı isə Formula 1 Azərbaycan Qran Prisinin musiqi proqramının diqqətçəkən hissələrindən biri oldu.

Qeyd edək ki, bu axşam Glass Animals və Martin Garrix Kristal Zal səhnəsində çıxış edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.