İdman

"Qalatasaray"dan növbəti transfer "BOMBASI"

9 Avqust 2025 12:48
Baxış: 694
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qalatasaray" Ederson transferi üçün "Mançester Siti" ilə danışıqları davam etdirir.

Milli.Az xəbər verir ki, "sarı-qırmızılar" braziliyalı qapıçı ilə şəxsi məsələlərdə razılığa gəlib. Onlar təcrübəli qolkiperə illik 8+2 milyon avro məvacib ödəyəcək.

Bu barədə italiyalı jurnalist Alfredo Pedulla məlumat yayıb.

İstanbul təmsilçisi uzun müddətdir yeni qapıçı axtarışındadır və klubun bir nömrəli hədəfi Edersondur.

"Mançester Siti" ilə razılıq əldə edilsə, braziliyalı qapıçı "Qalatasaray"ın yeni 1 nömrəsi olacaq. /Offsideplus.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.