Şkendiya 0-1 Qarabağ
--------
22:01
Çempionlar Liqası: "Şkendiya" - "Qarabağ" oyunu başlayıb.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçı start götürüb.
Qarşılaşma "Todor Proeski" stadionunda keçirilir.
Görüşü slovakiyalı referi İvan Krujlyak idarə edir.
--------
21:30
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Şkendiya" (Şimali Makedoniya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
"Todor Proeski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Qarabağ": Mateus Koxalski, Mateus Silva, Abdullah Zubir, Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kadi Borges , Toral Bayramov, Pedro Bikalyo, Kevin Medina, Nəriman Axundzadə
"Şkendiya: Babukar Qaye, Aleksander Trumçi, İmran Fetai, Klisman Çake, Ronaldo Uebster, Reşat Ramadani, Adamu Əlhəssən, Fabris Tamba, Endrit Krasniqi, Liridon Lyatifi, Besart İbraimi
Milli.Az