Amerikan futbolçusu Kori Adams ABŞ-nin Tennessi ştatında baş verən atışma nəticəsində həlak olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Adams birinci kurs tələbəsi idi. 20 iyul tarixində o, Memfis şəhərinin kənarında avtomobildə odlu silah yarası ilə tapılıb.
Məlumata görə, hadisə nəticəsində daha dörd nəfər kişi də odlu silah yaraları alıb, lakin onların vəziyyəti həyati təhlükəli sayılmır. Onlar şəxsi avtomobilləri ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
18 yaşlı Kori Adams Nyu Orleanda anadan olub və ABŞ-da ən perspektivli müdafiəçi oyunçulardan biri hesab olunurdu.
Qeyd edək ki, daha əvvəl bir yarış zamanı tanınmış velosipedçi də həyatını itirmişdi.
Lalə Qüdrətova
Milli.Az