İdman

Universiadada gimnastlarımız qızıl medal qazanıb - FOTO

19 İyul 2025 09:46
Baxış: 264
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında bədii gimnastika üzrə qrup hərəkətləri komandamız qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadə üç top və iki halqa ilə çıxış ediblər. Qızlar 26.350 bal toplayıb və yekun nəticədə 50.500 xalla Universiadanın qalibi olublar.

Qeyd edək ki, bu, yarışlarda ölkəmizin ilk medalıdır. Həmçinin, Universiadalar tarixində komanda yarışlarında gimnastlarımızın ilk uğurudur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.