İdman

Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kuboku başa çatıb (FOTO)

15 İyun 2025 19:23
Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarışın sonuncu günündə idmançılar final mərhələsində çıxış ediblər.

Azərbaycan təmsilçiləri turniri yüksək nəticələrlə başa vuraraq 2 qızıl və 2 gümüş medal qazanıblar.

Qadınlar arasında çıxış edən Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qrup bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

Kişi cütlüklərin yarışında Murad Rəfiyev və Daniel Abbasov qızıl medal qazanıb.

Kişilərdən ibarət Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihdən ibarət qrup, həmçinin qarışıq cütlük kateqoriyasında çıxış edən Milana Əliyeva və Sabir Ağayev isə gümüş medallara sahib olublar.

Qeyd edək ki, üç gün davam edən turnirdə Azərbaycanla yanaşı Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan və Özbəkistandan ümumilikdə 63 idmançı iştirak edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.