"Əl-Nəsr" bu gün mətbuat konfransı keçirəcək və klub daxilində baş verəcək mühüm dəyişikliklərlə bağlı ictimaiyyəti məlumatlandıracaq.
Milli.Az-ın məlumatına görə, həmçinin bir neçə gün əvvəl klubdan ayrılmaq ehtimalına işarə edən Kriştianu Ronaldunun da komandadan gedişinə dair açıqlama veriləcək.
40 yaşlı portuqaliyalı futbolçu karyerasını davam etdirmək üçün bir neçə alternativə malikdir. Onun Səudiyyə Ərəbistanının digər güclü klubu "Əl-Hilal"a keçidi də istisna edilmir.
Qeyd edək ki, 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında iştirak edəcək komandalar üçün xüsusi transfer dövrü 2-10 iyun tarixlərində baş tutacaq.
Milli.Az