"İnter Mayami"nin hücumçusu Luis Suares komanda yoldaşı Lionel Messi ilə Uruqvayda futbol klubu yaratdıqlarını açıqlayıb.
Milli.Az xəbər verir ki, Suares bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Komandanın adı "Deportivo LSM"dir və Uruqvay çempionatının dördüncü divizionunda çıxış edəcək.
LSM iki oyunçunun adlarının birləşməsidir.
"Deportivo" 1 400 yerlik süni örtüklü stadion və 620 yerlik mini-futbol meydançasının daxil olduğu "Luis Suares" kompleksində məşq edəcək.
Milli.Az