Baş məşqçi postuna gətirilən Xabi Alonso "Real Madrid"də gələcək mövsüm üçün hazırlıqlar erkəndən başlayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya nəhəngində bəzi oyunçuların performansından məmnun qalmayan rəhbərlik dəyişikliklərə hazırlaşır. Türkiyəli Arda Gülerin komandadakı rolu isə dəqiqləşib.
Budur "Real Madrid"in növbəti mövsüm planları barədə detallar...
Alonso iddialı danışdı
"Real Madrid" ilə rəsmi müqavilə imzalayan Xabi Alonso çıxışında bunları deyib:
"Yeni bir dövrün ilk gününə inanıram. İnsanların televiziyada oyunlarımızı izləyib 'Vay, bu komanda doğrudan da möhtəşəm oynayır' demələrini istəyirəm".
Potensiallarını göstərə bilmirlər
MARCA-nın məlumatına görə, Xabi Alonso komandasındakı bəzi futbolçuların hələ də tam potensiallarını nümayiş etdirə bilmədiyini düşünür.
İlk tənqid Kamavinqaya
Xəbərdə bildirilir ki, həm Xabi Alonso, həm də klub rəhbərliyi fransalı futbolçu Eduardo Kamavinqanın böyük potensiala sahib olduğu fikrindədir. Lakin Alonso onun gözlənilən performansı göstərmədiyini hesab edir.
"Toxunulmazlar"
Digər tərəfdən Alonso orta xəttdə Fede Valverde və Aurelien Tchouamenini "toxunulmaz" elan edib və onların komandada qalmasını vacib sayır.
"Arda kimi olmalıdır"
Kamavinqa ilə bağlı isə Alonsonun gözləntisi belə açıqlanıb:
"Arda Gülerin mövsümün son hissəsində etdiyi kimi, o da dişi-dırnağı ilə çalışaraq yerini qazanmalıdır."
Arda Güler "toxunulmaz"dır
Xəbərdə əlavə olaraq vurğulanıb ki, Arda Güler Xabi Alonsonun yeni sistemində əsas oyunçulardan biri olacaq:
"Hazırda komandanın 'toxunulmaz' oyunçularından biridir. Dünya Klublar Kubokunda start heyətindəki yeri artıq hazırdır".
Tural
Milli.Az