İdman

Azərbaycanlı qadın “Everest”i fəth etdi - Tarix yazdı - FOTO

19 May 2025 14:30
Baxış: 1 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın adını dağçılıq tarixində qızıl hərflərlə yazan Vəfa Qəhrəman böyük uğura imza atıb.

Milli.Az xəbər verir ki, o, ölkə tarixində ilk dəfə olaraq ardıcıl şəkildə iki ən yüksək zirvəni - Everest (8.848 m) və Lots (8.516 m) zirvələrini fəth edərək, həm milli, həm də regional səviyyədə tarix yazıb.

Vəfa Qəhrəman bu möhtəşəm ekspedisiyaya peşəkar Himalay bələdçisi Dava Şerpa ilə birgə başlayıb. 15 may 2025-ci il tarixində o, dünyanın ən hündür nöqtəsi olan Everest zirvəsinə uğurla çatıb. Sadəcə iki gün sonra, 17 may tarixində isə dünyanın dördüncü ən yüksək zirvəsi olan Lhotse-yə qalxaraq əzmkarlığını və fiziki gücünü bir daha sübut edib.

İki möhtəşəm zirvəni fəth etdikdən sonra, Vəfa Qəhrəman hazırda baza düşərgəsinə təhlükəsiz şəkildə geri dönüb. Bu, dağçılıq ekspedisiyalarında mühüm mərhələ sayılır, çünki yalnız zirvəyə qalxmaq deyil, oradan sağlam şəkildə enmək də böyük peşəkarlıq və fiziki hazırlıq tələb edir.

Bu uğur təkcə Azərbaycanın deyil, bütün Qafqaz bölgəsinin qadın alpinistləri üçün tarixi əhəmiyyət daşıyır. 

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.