İdman

Bakıda keçirilən matçda dava - VİDEO

4 May 2025 19:45
Baxış: 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan 2-ci liqasının 24-cü turunda keçirilən "Şəfa"-"Şahdağ Qusar" matçında dava çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "ASK Arena"da baş tutan çempionluq əhəmiyyətli görüşdə oyunçular arasında qalmaqal yaşanıb.

Qarşılaşmanı izləyən minlərlə azarkeş komandaları fitə basıblar. Davaya ehtiyat skamyada əyləşən oyunçular da müdaxilə edib.

Qeyd edək ki, matç 0:0 hesabı ilə yekunlaşıb. Mövsümün sonuna 2 tur qalmış bu iki komanda arasında xal fərqi yenə 3 olaraq qalıb.

Əlavə edək ki, bu iki komanda 1-ci liqaya vəsiqəni artıq təmin ediblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.