İdman

"Qalatasaray" Qranit Cakanın menecerini razı saldı

3 May 2025 19:38
Baxış: 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə nəhəngi "Qalatasaray" klubu "Bayer Leverkuzen"in ulduzu Qranit Cakanın meneceri ilə danışıqları yekunlaşdırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

Belə ki, "Qalatasaray" rəsmiləri "Bayer Leverkuzen"lə 2028-ci ilədək müqaviləsi olan futbolçunu transfer etmək və üçillik müqavilə imzalamaq niyyətindədirlər.

Qeyd edək ki, Qranit Caka bu mövsüm 46 oyunda meydana çıxıb, iki qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.