İdman

Kənan Yıldızla bağlı QADAĞA

27 Aprel 2025 12:09
Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Exor" şirkətinin baş direktoru və "Yuventus"un sahibi Con Elkann komandanın türkiyəli futbolçusu Kənan Yıldızın toxunulmaz olduğunu açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kənanın agenti Xorxe Mendes türkiyəli futbolçunu ingilis klublarına yüksək qiymətə satmağa çalışarkən, Elkann işə qarışıb.

"Corriere dello Sport"a görə, "Qoca sinyora"nın 10 nömrəsinin gələcəyi yalnız Turin təmsilçisi ilə birlikdə olacaq.

A Seriyası klubu İngiltərə Premyer Liqasının aparıcı komandaları tərəfindən təqib edilən gənc futbolçunun satılmaması qərarına gəlib. "Exor"un rəhbəri "Yuventus"un mərkəzində məhz Yıldızı görmək istədiyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.