“Qarşımızda nəticə üçün alışıb-yanan rəqib olacaq” - Qurban Qurbanov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Araz-Naxçıvan"ı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Milli.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Bir az gərginlik, yorğunluq var idi. Buna baxmayaraq, komandam sona qədər təmkinli qaldılar və rəqibin səhv etməsini gözlədilər. Sonda bundan istifadə edə bildik. Elmar Baxşıyevə, onun komandasına uğurlar arzulayıram.
- İlk hissədə "Qarabağ"ın oyununun alınmamasının səbəbi nə idi?
- Öncə rəqibin oyununu dəyərləndirmək lazımdır. Hesabda 0:1 geridə idik. Rəqib çox düzgün, ağıllı müdafiə olunurdu və əks-hücumlara hazırlaşırdı. Onların ilk hissədə bir neçə qol epizodu oldu. Bizim hazırlığımız da bunun üzərində getmişdi. Topsuz oyunçularımıza çox yaxşı təzyiq edirdilər. İlk yarıda top itkilərimiz çox oldu. Rəqib daha aktiv idi. İkinci hissədə biz təzyiqi artırdıq və bundan istifadə etdik. Həmişə demişəm ki, kubok matçları çempionatdan fərqlidir. Bu, normaldır. Belə oyunlara daim hazır olmalıyıq.
- Sizin üçün finalda hansı komanda arzuolunandır?
- Belə bir düşüncəm yoxdur. Sadəcə onu bilirəm ki, finalda qarşımızda nəticə üçün alışıb-yanan rəqib olacaq. Çünki, hər ikisinin avrokuboklarda iştirak etmək şansı həmin oyundan asılı olacaq. İstənilən rəqib bundan sonra bütün hazırlıqlarını bizə qarşı quracaq. Hələ vaxt var. Hər iki komandaya uğurlar arzulayıram. İstəyərdim ki, ikisi də avrokuboklarda iştirak etsin. Hər iki klub böyük sərmayə qoyub. Bu iki klubun strukturunu nümunə olaraq göstərə bilərik. Yalnız nəticəyə yox, uğurun davamlı olmasına sərmayə yatırıblar. "Neftçi"nin də, "Sabah"ın da çox yaxşı bazası var. Biz də kuboku yenə qazanmaq istəyirik. Finalda məğlub olmaq kimi bir düşüncəmiz olmayacaq. İstərdim ki, futbolçularımın titul sayı daha da artsın.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
"Tottenhem" 4 oyundur qol üzünə həsrətdir
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Qurban Qurbanov əsas komandadan qovulan Abbas Hüseynovdan danışdı
-
Mbappe Ardadan danışdı: “1 saniyə göz-gözə gəlməyimiz kifayətdir”
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
XƏBƏR LENTİ
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)
-
Tıxaclar bitərsə, evlərin qiyməti necə dəyişəcək?
-
Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır
-
"Tottenhem" 4 oyundur qol üzünə həsrətdir
-
"Həmin dövrdə təhdidlər alırdıq" - “Kurtlar Vadisi”nin ssenaristi
-
10 mindən çox azərbaycanlı Rusiyada təhsil alır
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Bakıda kişi çarpayıdan yıxılıb öldü
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
-
Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Polis əməliyyat keçirdi: 8 avtomat, 1 tapança, 8 tüfəng götürüldü
-
Qazın qiyməti bahalaşdı
-
Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət





