İdman

Həbib Bakıya gəlir - FOTO

22 Aprel 2025 15:55
Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi UFC turniri ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, Bakıdakı turnirdə döyüşəcək Tagir Ulanbekovun məşqçisi olan 36 yaşlı rusiyalı idmançı bu barədə sosial şəbəkə hesabında məlumat verib.. 

"Qonaqpərvər Azərbaycana Tagir Ulanbekov ilə birlikdə gələcəyik. Yalnız qələbə", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, UFC turniri iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.