İdman

Ancelottinin yerinə gələcək ad bəlli oldu: Əfsanə geri qayıdır

8 Aprel 2025 21:19
Baxış: 5 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbolda mövsümün sonuna yaxınlaşdıqca Real Madridin baş məşqçisi Karlo Ancelotti haqqında yeni iddialar ortaya atılmağa başlayıb.

İspan nəhəngindəki karyerasının sonuna yaxınlaşdığı və Braziliya milli komandasının başına keçəcəyi danışılan italyan məşqçi komandası ilə çempionluq qazanaraq vida etmək istəyir.

La Liqada 30 turdan sonra 63 xalla 2-ci yerdə olan Real Madrid, lider Barselonadan 4 xal geri qalır.

İspan mediası Todo Fichajesin məlumatına görə, Real Madrid rəhbərliyi, əvvəllər klubda çempionluqlar yaşamış Zinədin Zidanı yenidən komandanın başına gətirməyi planlaşdırır.

Xabi Alonsonun da namizədlər arasında olduğu bilinsə də, son seçimin Zidan olacağı gözlənilir.


Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.