İdman

"Real"dan əzmkar qələbə

30 Mart 2025 07:46
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya La Liqasında XXIX turun görüşləri davam edir.

Milli.Az xəbər verir ki, günün son matçında "Real Madrid" öz meydanında "Leqanes"i qəbul edib.

Gərgin keçən qarşılaşmanın ilk hissəsini qonaqlar qalib başa vursalar da, "kral klubu" sonda əzmkar oyun sərgiləyərək, rəqibini üstələməyi bacarıb.

Görüş "Real"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Leqanes" La Liqanın turnir cədvəlində 18-cidir. Komanda 29 matçda 27 xal toplayıb. "Real Madrid" 63 xalla ikinci pillədə qərarlaşıb. Çempionatın turnir cədvəlinə 63 xalla "Barselona" başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.