Cəmiyyət

Perulu rəssam Sol Alexonun alpakaları Bakıda Heydər Əliyev Mərkəzində - VİDEO - FOTO

19 Dekabr 2025 09:00
Baxış: 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Heydər Əliyev Mərkəzində perulu rəssam Sol Alexonun "And və Qafqaz dağları arasında təxəyyül dünyası" (The Imaginary World between the Andes and the Caucasus) adlı sərgisi açılıb.

Milli.Az xəbər verir ki, sərgidəki əsərlərin əsas qəhrəmanları And yaylasının rəmzinə çevrilmiş alpakalardır. Sol Alexonun rəsmlərində onlar insani duyğularla təsvir edilir.

Ziyarətçilər rəssamın xüsusi olaraq Bakı sərgisi üçün yaratdığı əsərləri də görə bilər. İlk dəfə təqdim edilən bu əsərlərdə müəllif qəhrəmanlarını Bakının və Şamaxının tarixi abidələri, görməli məkanlarında təsvir edir: Şamaxıdakı Alpaka fermasında, Bakının Şeytan çarxında, Bakı bulvarını seyr edərkən, Heydər Əliyev Mərkəzinin qarşısında və digər məkanlarda.

Bu günədək 60-dan çox yerli və beynəlxalq sərginin iştirakçısı olan Sol Alexo gənc yaşlarından incəsənətə maraq göstərib. O, And və Qafqaz dağlarının təbiətindən ilhamlanaraq yaratdığı əsərlərində sərhədlərdən asılı olmayan, həm And, həm də Qafqaz dağlarında yaşayan alpakaların ümumiləşmiş obrazı ilə incəsənətin mədəniyyətlərarası körpü rolunda çıxış etdiyini vurğulayır. Onun əsərlərində alpakalar təkcə süjet xətti deyil, həm də rəmzi və emosional məna daşıyır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.