İdman

"Barselona" oyunçuları "El-Klassiko"ya bu formanı geyinəcəklər

27 Mart 2025 16:09
Baxış: 5 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya çempionatının 35-ci turu çərçivəsində keçiriləcək "Barselona" - "Real Madrid" oyununda futbolçuların köynəklərində məşhur estrada ulduzu Teylor Sviftin şəkilləri görünəcək.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, "Barselona"nın musiqi axını xidməti olan Spotify ilə sponsorluq müqaviləsi çərçivəsində komandanın "Real Madrid" ilə son oyunlardakı köynəklərində Coldplay, Rolling Stones və Drake kimi sənətçilər əks olunub.

Amerikalı superulduzla müqavilənin hələ bağlanmadığı, lakin son mərhələdə olduğu qeyd edilir.

Digər namizədlər Ed Şiran və Travis Scottdur. Amma Teylor Svift "Barselona" oyunçularının formalarında imicinə sahib olmaq istədiyi müğənnidir.

Xatırladaq ki, 27 turun nəticələrinə əsasən, Kataloniya komandası La Liqanın turnir cədvəlində birinci yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.