Santuş istefa vermək niyyətində deyil: "Bu sualı mənə yox, federasiyaya vermək lazımdır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş Belarus millisinə 0:2 məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında istefa vermək istəyində olub-olmadığı barədə suala konkret cavab verməyib.
APA xəbər verir ki, o bu sualı Azərbaycan Futbol Federasiyasına ünvanlamağın daha doğru olacağını deyib.
Azərbaycan və Portuqaliya yığmalarını müqayisə etməyin doğru olmağını qeyd edən portuqaliyalı mütəxəssis ölkəsinin millisi ilə 109 oyun keçirdiyini xatırladıb:
"Onun 20-də uduzmuşuq. Portuqaliya və Azərbaycan millisini müqayisə edə bilməzsiniz. Portuqaliyada 2 oyun uduzanda göndərirlər. Mən heç vaxt ardıcıl 2 oyunda uduzmamışam. Avropa çempionu və Millətlər Liqasının qalibi olmuşam. Yunanıstanda da ardıcıl 2 oyun uduzmamışam. Bu sualı federasiyaya vermək lazımdır, mənə yox".
"Azərbaycan millisində 8 oyunun 7-də uduzmusuz. Millinin passivində bu rəqəmlər neçəyə qalxmalıdır ki, anlayasız ki, Azərbaycanda sadəcə dəyərli vaxtınızı itirirsiz" sualına Santuşun cavabı belə olub:
"Bu sual mənə aid deyil. Mənim müqaviləm var. Baş məşqçinin işi odur ki, oyunçuların potensialına baxsın, hazırlasın. Bu gün bir addım önə atdıq. Çoxlu gənclər oynadı. Bu da irəliyə doğru atılmış addımdır. Bu işə köklənmişik".
Ardıcıl məğlubiyyətlərə görə futbol ictimaiyyəti və azarkeşlərdən üzr istəmək niyyətində olub-olmadığı barədə suala da baş məşqçinin cavabı konkret olmayıb.
"Üzr istəmək başqa şeydir. Əlbəttə ki, azarkeşlərin istəklərini qarşılamalıyıq, onları sevindirməliyik. Onlarla eyni hissləri keçiririk. Bu nəticələrə görə üzülürük. Heç kim hazırkı duruma görə sevinmir, nə mən, nə oyunçular. Əlimizdən gələni etməliyik ki, bu vəziyyəti yaxşıya doğru dəyişək. Kifayət qədər də gücümüz var ki, işimizi davam etdirək. Gün gələcək ki, azərbaycanlı azarkeşlər, futbol ictimaiyyəti də nəticələrə sevinəcək. Düşündüyümdən çox çəkəcək. Amma mən dərk edirəm ki, asan bir şey deyil. Bu haqda söhbətlər edəndə də vurğulamışam ki, asan bir şey deyil. Rəhbərliklə də danışanda 3+1 illik müqavilə razılaşdırmışıq. Bundan öncə də hamısını başa salmışam. Əgər bura 1 və ya 2 illik təklif olsaydı, gəlməzdim. Gəlməyəcəkdim. Çünki bilirəm ki, asan proses deyil. Azərbaycan gözəldir, Bakı mükəmməldir, hər şey top səviyyədədir. Bu haqda danışmırıq. Məsələ odur ki, əgər danışıqlarda bu cür şərt olmasaydı, onda bura gəlməyəcəkdim. Dəfələrlə demişəm. Bəlkə də hamıdan çox üzgünəm. Karyeram boyu bu qədər uduzmamışdım. Öz işimə inanııram, oyunçuların potensialına da inanıram. İstədiyimiz nəticələri əldə edə bilərik", - deyə Santuş vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Seru Qirassi Levandovskini geridə qoydu
-
Braziliyalı hücumçu "Sabah"da
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
Messi Avropada klub alır
-
Arda Gülerə Çempionlar Liqasından möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi - (Foto)
XƏBƏR LENTİ
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
-
Şəkidə 2 nəfərin öldüyü faciə ilə bağlı yeni faktlar - (Foto)
-
İstanbulda 12 yaşlı azərbaycanlı uşaq güllələndi - Anbaan Video
-
Serbiyada növbədənkənar seçkilərin tarixi açıqlandı
-
Acun: “Bugünkü uğurumun sirri əslində tənhalıqdır”
-
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
-
Prezindet İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər - (Foto)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
-
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib - (Foto)
-
Xalq artistinin iş yeri bəlli oldu
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Həmin toyda gəlinə taxılan qızıllar kirayə imiş...
-
Seru Qirassi Levandovskini geridə qoydu
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Vulkana reportaj çəkməyə getdilər, geri qayıtmadılar - 7 nəfər itkin düşdü
-
Zərdabdakı qəzada ölən sürücü riyaziyyat müəllimi imiş





