“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən "Təhsil" İstirahət Mərkəzində "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış" mövzusunda tədbir keçirilib.
Milli.Az xəbər verir ki, görüşdə ali təhsil müəssisələrinin rəhbərləri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru və nümayəndələri, eləcə də 700-ə yaxın tələbə iştirak edib. İştirakçılar arasında 90 peşə tələbəsi də olub.
Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı tələbələr üçün yaradılan şəraitə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürünü bildirib. O, peşə təhsilinə marağın son illərdə əhəmiyyətli dərəcədə artdığını qeyd edərək, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində həyata keçirilən işlərdən bəhs edib.
Tədbir çərçivəsində, həmçinin şəhərsalma və memarlıq sahəsinin gələcək inkişaf istiqamətləri, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar, bu sahələr üzrə peşəkar və ixtisaslı kadrların hazırlanmasında peşə təhsilinin rolu və gənc mütəxəssislərin bu prosesdə iştirakı barədə fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılar "Təhsil" İstirahət Mərkəzində ittifaq üzvləri üçün yaradılmış şəraitlə tanış olub, daha sonra tələbələrlə xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, sentyabrın 7-dən 12-dək davam edən tələbə düşərgəsi çərçivəsində iştirakçılar üçün müxtəlif intellektual və idman yarışları, eləcə də foto və film müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)





