İdman

Beynəlxalq Olimpiya Komitəsinin yeni prezidenti qadın oldu

20 Mart 2025 21:32
Baxış: 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidenti Zimbabvenin idman naziri və çoxqat Olimpiya çempionu Kirsti Koventri seçilib

Milli.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, Koventri təşkilat üzvlərinin gizli səsverməsində əksəriyyətin dəstəyini qazanaraq, BOK-a rəhbərlik edən ilk qadın olub.

2013-cü ildən BOK-un prezidenti olan Tomas Bax bu yay vəzifəsindən ayrılacaq. Yeni prezident isə 24 iyun 2025-ci ildə səlahiyyətlərinin icrasına başlayacaq. (axar.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.