İdman

“Barselona” “Real”ı 5-0 uddu

7 Mart 2025 20:41
Baxış: 1 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadınlar arasında İspaniya kubokunda "Barselona" və "Real" arasında keçirilən ilk oyun başa çatıb.

Milli.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu oyunda Kataloniya klubu "qaymaqlılar"ı 5:0 hesabı ilə məğlub edib.

"Blauqrana"nın hücumçusu Eva Payor het-trik edib.

"Barselona" və "Real" arasında cavab oyunu martın 12-də keçiriləcək.

"Blauqrana" qadınlar arasında İspaniya Kubokunun hazırkı sahibləridir. Bu turnirin son buraxılışının finalında "Barselona" "Real Sosyedad"la qarşılaşıb. Kataloniya klubu San Sebastyanlıları 8:0 hesabı ilə məğlub edib.

Qadınlardan ibarət "Barselona" bu yarışda qələbə sayına görə də rekordçudur. 

"Blauqrana" 10 dəfə İspaniya kubokunun qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.