Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
Milli.Az xəbər verir ki, komandamız Haiti yığması ilə qarşılaşacaq.
Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Lakin matçın başlama saatı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Milli.Az