İdman

Ronaldunu İrana buraxmadılar - səbəb

2 Mart 2025 21:13
Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun rəhbərliyi komandanın kapitanı Kriştiano Ronaldunu İrana buraxmayıb. 

Milli.Az xəbər verir ki, Asiya Çempionlar Liqasının 1/8 finalında "İstiqlal"a qarşı keçiriləcək oyuna yollanan heyətə portuqaliyalı futbolçunun adı salınmayıb.

Buna səbəb İran tərəfindən təhlükəsizlik məsələləri ilə bağlı tam zəmanət almağın mümkünsüzlüyü olub. "Əl-Nəsr" rəsmiləri hətta matçın neytral meydanda keçirilməsini təklif etsələr də, rədd cavabı alıblar.

Görüş sabah Tehranda baş tutacaq.

Qeyd edək ki, Ronaldu cari mövsüm "Əl-Nəsr"in heyətində 22 qarşılaşmada 17 qol vurub. Ulduz futbolçu Asiya Çempionlar Liqasında 8 dəfə fərqlənib.  (Offsideplus.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.