İdman

UEFA Yurgen Kloppu təhqir edən hakimi ağır cəzalandırdı

1 Mart 2025 09:22
Baxış: 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərəli hakim Devid Kut UEFA tərəfindən 2026-cı ilin yayına qədər cəzalandırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun yarışlarda iştirakına qadağa qoyulub.

Vurğulanıb ki, Kut futbolun və xüsusilə UEFA-nın nüfuzuna xələl gətirdiyi və ləyaqətli davranış qaydalarını pozduğu üçün diskvalifikasiya edilib.

Xatırladaq ki, ötən ilin dekabrında Kut PGMOL (İngiltərə Peşəkar Hakimlər Assosiasiyası) tərəfindən aparılan araşdırmadan sonra işdən çıxarılıb. Noyabr ayında internetdə hakimin "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp haqqında təhqiramiz fikirlər söylədiyini əks etdirən video yayılıb.

Daha sonra UEFA David Kut haqqında araşdırma aparıb. Hakimin 2024-cü il Avropa çempionatını idarə edərkən qadağan olunmuş maddələrdən istifadə etdiyi iddia edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.