İngiltərənin "Mançester Siti" klubu İlkay Gündoğanın "Qalatasaray"a keçidinə icazə verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ulduz futbolçu mövsüm sonunda "Qalatasaray" klubu ilə iki illik müqavilə imzalayacaq.
Tərəflər arasında danışıqlar yekunlaşıb və "Mançester Siti" oyunçunun keçidinə problem yaratmayacağını bildirib.
Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm 36 oyunda meydana çıxıb, iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Milli.Az