İdman

Məhkəmədən Fatih Terim qərarı: Zorla gətiriləcək

26 Fevral 2025 23:50
Baxış: 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüksək gəlir vədi ilə Fatih Terim, Arda Turan, Fernando Muslera və Emre Belözoğlu kimi şəxsləri aldatdığı iddia edilən Seçil Erzanın məhkəmə işi davam edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, keçmiş bank filialı müdiri barədə cinayət işində Fatih Terim şikayətçi qismində çıxış edir.

Bugünlərdə Bodrum 2-ci Ağır Cinayət Məhkəməsində işlə tanışlıq iclası keçirilib. Şikayətçi tərəflərdən biri olan Fatih Terim səhhəti ilə bağlı və xaricdə olduğu üçün iclasda iştirak etməyib.

Belə olduqda, müttəhim tərəfi Terimin əsaslandırılmış səbəblərinin araşdırılmasını tələb edib. Bununla bağlı məhkəmə futbol mütəxəssisi haqqında məcburi gətirilmə qərarı çıxarıb və iclası 15 aprel tarixinə təxirə salıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.