İdman

Juninyonun bəxtsizliyi

26 Fevral 2025 22:38
Baxış: 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın sabiq hücumçusu Juninyo hələ də yaşıl meydanlardan kənardadır. O, yeni komandası "Flamenqo"ya uyğunlaşmağa başlayar-başlamaz zədə alıb.

Milli.Az xəbər verir ki, 28 yaşlı hücumçu fevralın 12-si Karioka liqasında "Botafoqo" ilə matçda budundan zədələnib. Bu səbəbdən komandasının sonrakı 2 matçını buraxmaq məcburiyyətində də qalıb. 

Bir müddətdir futbolçu zədəsini sağaltmaqla məşğuldur. Braziliya mətbuatının yazdığına görə, Juninyo bu həftənin şənbə günü "Vasko" komandasına qarşı keçiriləcək kubokun yarımfinal mərhələsinin ilk oyununu da buraxmalı olacaq. Onun nə zaman oyunlara çıxacağı hələ qətiləşməyib.

Hələlik isə müalicəsini davam etdirən Juninyo "Flamenqo"nun bazasında hələlik fərdi qaydada yüngül məşqlərlə kifayətlənir.

Bu qış "Flamenqo"ya keçən Juninyo həmin komandanın heyətində 6 oyunda meydana çıxıb, 1 qol vurub. (qol.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.