İdman

Lionel Messi və Luis Suares cərimələnib

26 Fevral 2025 18:07
Baxış: 492
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin "İnter Mayami" klubunun futbolçuları Lionel Messi və Luis Suares cərimələnib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə MLS İntizam Komitəsi qərar çıxarıb.

Hər iki oyunçu "Nyu-York Siti" ilə I turun matçında və qarşılaşmadan sonra yaşananlara görə ziyana düşüblər. Cərimənin məbləği açıqlanmayıb.

L.Suares komandaların oyunçuları arasında yaşanan mübahisə zamanı rəqib müdafiəçi Birk Risanı boynundan tutub. Final fitindən sonra Messi baş hakimə narazılığını bildirib və uzun müddət ona nəyisə sübut etməyə çalışıb. Ədalət təmsilçisi isə ona sarı vərəqə göstərib.

Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.