İdman

"Kəpəz" klubunun yeni rəhbəri bəlli oldu

25 Fevral 2025 23:42
Baxış: 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncənin "Kəpəz" klubu bundan sonra Namik Qədirovun başçılığı altında fəaliyyət göstərəcək.

Milli.Az Sportinfo.az-a istinadən xəbər verir ki, o, Müşahidə Şurasının sədri postunu tutacaq.

Bilindiyi kimi, "Kəpəz"in sponsor danışıqları müsbət yekunlaşıb. Hazırda AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) ilə klub arasında hüquqi prosedur gedir.

Federasiya "Kəpəz"in təsisçiliyindən imtina edib. Həmçinin qurumun Gəncə futbolu üzrə kuratoru İsgəndər Cavadov da tutduğu vəzifədən gedib.

Həm AFFA, həm də Cavadov təsisçilik payından imtinanın qarşılığında qarşı tərəfdən bir qara qəpik də istəməyiblər.

Sadəcə, nizamnamənin yenidən hazırlanması və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsi yolunda işlər davam etdirilir. Proses bundan sonra təxminən 10-14 gün vaxt aparacaq.

Hüquqşünaslar bir az tez çalışsa, "Kəpəz" artıq gələn həftə sponsorun kimliyini açıqlaya bilər.

Bu işlər bitdikdən sonra, klubda struktur dəyişikliyi ediləcək. İlyarım öncə fəaliyyətə başlamış İdarə Heyəti ləğv olunacaq, onun yerində Müşahidə Şurası yaradılacaq.

Burada kənar şəxslər yer almayacaq. Müşahidə Şurasının "onurğa sütunu"nu gəncəlilər təşkil edəcək.

İdarə Heyətinin hazırkı sədri İlqar Nadiri Şurada da təmsil olunacaq.

Tanınmış menecer Erkin İbrahimovun da sədrə müşavir təyin edilməsi gündəmdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.