İdman

Serxio Aquero 10 min dollar ziyana düşdü

14 Fevral 2025 09:34
Baxış: 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Mançester Siti" - "Real Madrid" matçına qoyulan mərcə görə on min dollar itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İngiltərə nəhənginin sabiq forvardı matçın ilk yarısında ən azı iki qolun vurulacağına mərc edib. Lakin ilk 45 dəqiqədə cəmi bir qol qeydə alınıb. Qolu "şəhərlilər"in norveçli hücumçusu Erlinq Holand vurub.

Bundan əlavə Serxio Aquero "Real Madrid" klubunun "Mançester Siti" ilə görüşdə qalib gəlməyəcəyini əks təqdirdə isə cinsi orqanını kəsəcəyini vəd etmişdi.

Qarşılaşma "Real Madrid"in 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb. "Kral" klubunun Xosep Qvardiolanın komandası ilə cavab oyunu gələn həftə Madriddə baş tutacaq.


Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.