İdman

Türkiyə mediası azərbaycanlı futbolçunu "yerə-göyə" qoya bilmədi: "Yaxşı ki, gəlmisən..." - FOTO

12 Fevral 2025 12:50
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həmyerlimiz Coşqun Diniyevin çıxış etdiyi Türkiyə 1-ci Liqa təmsilçisi "Çorum" 24-cü tur çərçivəsində öz meydanında autsayder, heyəti daha çox gənc futbolçulardan təşkil edilən "Yeni Malatyaspor"u qəbul edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yeni klubunda debüt oyununa çıxan Çoşqun görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, bu matçın qəhrəmanı olub. Azərbaycanlı futbolçu "Çorum"un hər iki qolunu vurub və komandasına qələbə qazandırıb.

Bu qələbə sayəsində xalını 38-ə çatdıran "Çorum" turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.