Həmyerlimiz Coşqun Diniyevin çıxış etdiyi Türkiyə 1-ci Liqa təmsilçisi "Çorum" 24-cü tur çərçivəsində öz meydanında autsayder, heyəti daha çox gənc futbolçulardan təşkil edilən "Yeni Malatyaspor"u qəbul edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yeni klubunda debüt oyununa çıxan Çoşqun görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, bu matçın qəhrəmanı olub. Azərbaycanlı futbolçu "Çorum"un hər iki qolunu vurub və komandasına qələbə qazandırıb.
Bu qələbə sayəsində xalını 38-ə çatdıran "Çorum" turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
Milli.Az