İdman

Dünya futbolunda ən çox penalti vuran oyunçu bəlli oldu

12 Fevral 2025 00:16
Baxış: 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Score90" futbol tarixində penaltidən ən çox qol vuran futbolçuların reytinqini dərc edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, siyahıda birinci yeri karyerasında 172 penaltini qola çevirən "Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu tutur. Onun 31 cəhdi uğursuz olub.

İkinci sırada "Barselona"nın və Niderland millisinin əfsanəvi mərkəz müdafiəçisi, 111 penalti zərbəsini dəqiq yerinə yetirən Ronald Kuman qərarlaşıb. O, cəmi 7 dəfə topu qapı torundan keçirə bilməyib.

Hazırda "İnter Mayami"də çıxış edən Lionel Messi karyerası ərzində penaltidən 109 qol vurub və cədvəldə üçüncüdür. O da əzəli rəqibi Ronaldu kimi 31 dəfə uğursuzluq yaşayıb.

Reytinqin ilk beşliyində İtaliya futbolunun əfsanələri Roberto Baccio və Françesko Totti də yer alıblar. Baccio 100 dəfə penalti vurubsa (18 uğursuz), Totti bunu 86 dəfə (20 uğursuz) etməyi bacarıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.