İdman

Qurbanov: "O, idman formasından bir az uzaqdır"

11 Fevral 2025 22:20
Baxış: 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurban Qurbanov: Səbail riskə getdi və boşluqlardan düzgün istifadə etdik
Rəqib riskə getdi və boşluqlardan düzgün istifadə etdik.

Milli.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Səbail"ə qarşı Misli Premyer Liqasının XXII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, böyük hesabla qalib gəldikləri görüş barədə danışıb:

"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Qarşımızda düzgün və fəal müdafiə olunan kollektiv var idi. "Səbail"lə kubok matçında da bunun şahidi olmuşduq. Əlbəttə ki, bu cür oyun sxemini sona qədər qoruyub saxlamaq da asan deyil. İlk qoldan sonra oyun dəyişdi. Rəqib riskə getdi və boşluqlardan düzgün istifadə etdik. Bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm".

Mütəxəssis komandaya qayıdan braziliyalı futbolçu Kadi Borgesin dönüşünə də münasibət bildirib:

"Kadi öz komandasına qayıdıb. Kollektivə uyğunlaşma problemi olmayacaq. Sadəcə, idman formasından bir az uzaqdır. İnanıram ki, qarşıdakı bir ay ərzində onu əvvəlki formasına qaytara biləcəyik. Kadi həm kollektiv içində, həm də azarkeşlər arasında sevilir. Belə oyunçuların komandamızda olması hamımız üçün müsbətdir".

Qurban Qurbanov Misli Premyer Liqasının XXIII turunda "Neftçi"yə qarşı keçiriləcək səfər oyununa da toxunub:

"Qarabağ"la "Neftçi"nin oyunu Azərbaycan futbolunda böyük derbidir. "Neftçi"nin stadionunda yaxşı futbol ab-havası var. jOrada oynamaq həmişə xoş olur. İnanıram ki, hər iki komanda tərəfdən azarkeşləri razı salmaq üçün baxımlı oyun olacaq".

Qeyd edək ki, XVII turun görüşündə "Qarabağ" evdə "Səbail"ə 5:0 hesabı ilə qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.